Ərzaq, içkilər və tütün məmulatlarının inflyasiya tempi 32,2 faiz artımla 81-6, qeyri-ərzaq malları və xidmətlərdə isə 2,8 faiz artımla 36.8 faiz olub.
Şəhər əhalisi üçün inflyasiya hal-hazırda 51.4 olmaqla ötən ayla müqayisədə 12.2 faiz, kənd əhalisi üçün isə 58.2 olmaqla ötən aya nisbətdə 18.1 faiz artıb.
Statistika mərkəzi iyun ayında ölkə üzrə ortalama inflyasiya səviyyəsinin 52.5 faiz olduğunu yazıb.
Qeyd edək ki, ölkə iqtisadiyyatçıları Statistika Mərkəzinin verdiyi hesabatın doğru olmadığını, inflyasiyanın rəsmi rəqəmlərdən daha yüksək olduğunu bildirirlər.