Vaxt.Az

İranda nüvə alimi öldürülüb


 

Güllələnən iki nəfərdən biri SEPAH üzvü olub

İranda nüvə alimi öldürülüb Onun Tehranın “Möhsiniyan” küçəsində güllələndiyi bildirilir.

İyunun 22-də Tehranın Möhsiniyan küçəsində güllələnərək öldürülən İran İnqilab keşikçiləri Korpusunun üzvü, nüvə sənayesi sahəsi üzrə mütəxəssisin kimliyi barədə məlumat yayılıb.

Məlumatda Tehranın 3-cü bölgəsində öldürülən şəxsin soyadının Dinəhmədi olduğu qeyd bildirilir.

Qeyd edək ki, Fransanın "i24" saytı “yerli mənbələrə” istinadən iyunun 22-də İranın Müdafiə Nazirliyinə bağlı bir alim və onun həmkarının Tehranda silahlı şəxslər tərəfindən qətlə yetirildiyi barədə məlumat yaymışdı.

 





23.06.2022    çap et  çap et