Vaxt.Az

Rəisinin adı qara siyahıya salına bilər


 

Kanadada İran prezidenti ilə bağlı çağırış

Rəisinin adı qara siyahıya salına bilər Kanadanın İcmalar Palatası Ottava hökumətinə prezident İbrahim Rəisinin adının sanksiyalar siyahısına salınması ilə bağlı çağırış edib.

“Hökumətin insan haqlarının pozulmasına qarşı sanksiyalar tətbiq etmək səlahiyyəti var. 

İki il əvvəl “Raoul Wallenberg” İnsan Haqları Mərkəzi hədəfə alınacaq şəxslərin siyahısına prezidentlə yanaşı, məhkəmə hakimiyyətinin başçısının da adının daxil edilməsini tövsiyə etmişdi. 

Prezident İbrahim Rəisi 1988-ci ildə 30.000-dən çox mülki şəxsin qətliamında əsas rol oynayan şəxslərdən biri olub”-deyə, çağırışda yazılıb.

 





24.06.2022    çap et  çap et