Vaxt.Az

Bolt futbola bağlanır


 

Dünyanın ən sürətli insanını milliyə çağırdılar

Bolt futbola bağlanır Dünyanın ən sürətli insanı Hüseyn Boltun futbola olan marağı bəllidi. Futbolinfo.az xəbər verir ki, yüngül atletika üzrə dünya rekordçusu olan idmançı peşəkar futbola başlaya bilər.

Belə ki, Yamayka millisinin baş məşqçisi Vinfrid Şefer məşhur sprinterə yığmada oynamaq üçün təklif göndərib. Şefer Boltu DÇ-2018-in qrup mərhələsinin matçlarında oynatmağı düşündüyünü deyib.

Açıqlamalarında futbola böyük marağı olduğunu söyləyən Boltun bu təklifi qəbul edəcəyi gözlənilir.

 





13.03.2014    çap et  çap et