"Nike İnc.” Rusiya bazarını tərk etmək qərarına gəlib. “Nike” mağazaları bu yaxınlarda müvəqqəti olaraq bağlanıb və yenidən açılmayacaq”, – deyə, bildirilib. Şirkət Rusiyadakı veb saytının və onun tətbiqinin də bağlanacağını deyib.
Keçən ay “Nike” ölkədə öz məhsullarının ən böyük pərakəndə satıcısı olan Rusiyanın “İnventive Retail Group” (İRG) ilə françayzinq müqaviləsini uzatmayacağını bildirmişdi.
Martın əvvəlində “Nike” Rusiyada onlayn satışlarını dayandırıb və bir neçə gün sonra ölkədəki bütün mağazalarını, o cümlədən françayzinq müqavilələri əsasında fəaliyyət göstərən mağazalarını müvəqqəti bağlayıb.
“Nike” 28 ildir ki, Rusiya bazarında fəaliyyət göstərirdi. Fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayandan bəri müxtəlif sektorlardan onlarla iri beynəlxalq şirkət Rusiyanı tərk edib.