Sualın birində fanatlar «Lans»ın «Atletiko» və «Portu» ilə əməkdaşlıq əlaqələrinin olub-olmadığını, gələcəkdə bu klublarla oyunçu mübadiləsinin mümkünlüyü barədə soruşublar.
Suala aydınlıq gətirən sayt əməkdaşlarının cavabı belə olub: «Xeyr. Bu üç klub arasında yeganə ortaq nöqtə Hafiz Məmmədov və «Bakı» ilə əməkdaşlıq etmələridir. «Lans» Hafiz Məmmədovun mülküdür. Digər iki kluba isə sadəcə, vəsait qoyulub».