Vaxt.Az

«Simurq» PFL-i yenə saymadı


 

Klubun konfrans zalını köhnə sponsorun emblemləri bəzəyir

«Simurq» PFL-i yenə saymadı 2012-ci ilin sentyabr ayında Peşəkar Futbol Liqası və «Azərinteltek» şirkəti arasında Azərbaycan Premyer Liqasının titul sponsorluğu barədə müqavilə imzalanmışdı. Futbolinfo.az xəbər verir ki, həmin gündən etibarən futbol üzrə milli çempionatımız Topaz Premyer Liqası adlandırılır.

Bu hadisənin üstündən xeyli müddət keçməsinə baxmayaraq, «Simurq» çempionatımızın «Topaz Premyer Liqası» adlandırılmasını deyəsən, hələ də qəbul etmir. Ötən ay «sarı-qaralar»ın oynadığı Zaqatala şəhər stadionunun konfrans zalını hələ də «Unibank»ın reklamları bəzəməsinin anormal olduğunu həm klub, həm də PFL rəsmilərinin diqqətinə çatdırmışdıq. 

Düzdü, klub rəsmiləri bu problemin aradan qaldırılacağını da qeyd etmişdi. Ancaq üzərindən 1 ay keçməsinə baxmayaraq, hələ də «Unibank» «Simurq»un «sevimlisi» olaraq qalmaqdadır. Biz bunu Premyer Liqanın 24-cü turu çərçivəsində keçirilmiş «Simurq» - «Qəbələ» matçından sonra təşkil olunan mətbuat konfransında çəkilmiş fotoda da görə bilərik.

 





13.03.2014    çap et  çap et