Bu, keçən illə müqayisədə 0,5 faiz azdır. Keçən ilin yazında 351 min 449 hektar sahədə əkin işləri aparılıb. Bu il yazlıq taxıl əkini keçən ilin anoloji dövrü ilə müqayisədə 3 dəfədən çox azdır. Əgər keçən il 555 hektar sahədə yazlıq taxıl səpilibsə, bu il həmin göstərici 156 hektardır. Keçən illə müqayisədə dən üçün günəbaxan, kartof, pambıq, tütün, ərzaq üçün bostan bitkiləri, birillik otlar əkinində də azalma var. Dən üçün günəbaxan əkini 9 min 513 hektardan 8 min 862 hektara, kartof 65 min 316 hektardan 64 min 642 hektara, pambıq 29 min 290 hektardan 23 min 47 hektara, tütün 1471 hektardan 1206 hektara, ərzaq üçün bostan bitkiləri 28 min 165 hektardan 27 min 798 hektara, birillik otlar 3 min 399 hektardan 2 min 979 hektara düşüb.
Çəltik əkini isə 2 dəfəyə qədər artıb. Əgər keçən ilin yazında 1170 hektarda çəltik becərilibsə, bu il çəltik əkilən sahələr 2 min 109 hektara çatıb. Keçən ilin anoloji dövrü ilə müqayisədə vələmir, qarğıdalı, şəkər çuğunduru, tərəvəz, çoxillik otlar və yemlik kökümeyvəlilərin yazlıq əkinində də artım var. Vələmir əkini 1250 hektardan 1453 hektara, qarğıdalı 34 min 634 hektardan 37 min 132 hektara, şəkər çuğunduru 3 min 654 hektardan 4 min 962 hektara, tərəvəz 73 min 135 hektardan 74 min 482 hektara, çoxillik otlar 70 min 720 hektardan 71 min 227 hektara, yemlik kökümeyvəlilər 140 hektardan 143 hektara çatıb.