Berti Foqtsun yetirmələrinin hesabında 369 xal var. Bu da ötən fevral ayı ilə müqayisədə üç xal azdı. Buna rəğmən, millimiz iki pillə yüksəlib. Xüsusən Estoniya və Çin yığmalarının reytinqdə geriləməsi buna şərait yaradıb.
Yarış cədvəlində qonşularımız Yeni Zelandiya (373 xal) və Estoniyadı (367 xal). Millimiz reytinq cədvəlində AÇ-2016-nn təsnifat mərhələsinin H qrupundakı rəqiblərimizdən yalnız Maltanı qabaqlayır: İtaliya 8-ci (1112 xal), Xorvatiya 16-cı (955 xal), Norveç 57-ci (559 xal), Bolqarıstan 67-ci (518 xal), Malta 134-cü (186 xal) pillədə qərarlaşıb.
Qarşıdakı yoldaşlıq görüşündəki rəqibimiz ABŞ isə 1017 xalla 14-cüdür. Qardaş ölkə Türkiyə 710 xalla 38-cidir.
Ayın ən yaxşı komandası 18 pillə irəliləmiş Vyetnam millisi olub. 43 pillə geriləmiş Myanma millisi isə ayın ən pis göstəricisinə imza atıb.
İlk onluq isə belə sıralanıb: İspaniya (1510 xal), Almaniya (1336 xal), Argentina (1234 xal), Portuqaliya (1199 xal), Kolumbiya (1183 xal), Uruqvay (1126 xal), İsveçrə (1123 xal), İtaliya (1112 xal), Braziliya (1104 xal) və Belçika (1084 xal).