Vaxt.Az

İranda vəba yayılıb


 

Qərb əyalətlərində 13 nəfər xəstə aşkarlanıb

İranda vəba yayılıb İranda vəba xəstəliyi yayılıb. Səhiyyə Nazirliyi məsələni ört-basdır etməyə çalışsa da, bəzi rəsmilər xəstəliyin yayıldığını etiraf ediblər. Xəstəliyin xüsusilə İranın qərb əyalətlərində qeydə alındığı bildirilir.

Kürdüstan əyalətinin Tibb Elmləri Universiteti rektorunun müavini əyalətdə 13 nəfərin vəba xəstəliyinə yoluxduğunu deyib.

Səhiyyə Nazirliyi xəstəliyinin yayılmasının qarşısının alınması və görülməli olan tədbirlər barədə heç bir açıqlama vermədən əhalidən bir sıra önləyici qaydaları riayət etmələrini istəyib.

 





25.06.2022    çap et  çap et