Vaxt.Az

«O şişdən bizdə niyə yoxdur?»


 

Milli Məclisdə təklif

«O şişdən bizdə niyə yoxdur?» Milli Məclisin bu gün keçirilən iclasında hökumətin illik hesabatı zamanı kabab məsələsi qaldırılıb.

«Qafqazinfo»nun Lent.az-a istinadən verdiyi məlumatına görə, çıxış edən deputat Sahib Alıyev ölkəmizdə kababın bişirilmə mexanizmindən ciddi narahat olduğunu bildirib.

O qeyd edib ki, kabab milli mətbəximizə, süfrəmizə aid olsa da, onu bişirən şiş bizdə istehsal olunmur: «Niyə o şişdən bizdə istehsal olunmur? Kababı sevir, «millidir» deyirik, amma onu bişirən şişi Türkiyədən gətizdiririk. Mən təklif edirəm ki, o şişdən bizdə də olsun».

Deputatın çıxışı həmkarları tərəfindən birmənalı qarşılanmayıb və gülüşə səbəb olub.

 

 





14.03.2014    çap et  çap et