Üç günlük toplantı Rusiyanın Ukraynaya müdaxiləsinin kölgəsində keçirilir. Politoloqlar deyirlər ki, G-7 liderlərinin Rusiya ilə döyüşdə Ukraynaya yekdil dəstək verəcəyi gözlənilir.
Almaniya kansleri Olaf Şolts bu yaxınlarda Almaniya parlamentinə deyib: “Zirvə görüşü təkcə NATO və G-7-nin həmişəkindən daha birləşdiyi mesajını deyil, həm də imperializm aclığa və yoxsulluğa qarşı mübarizədə olduğu kimi dünyanın demokratik dövlətlərinin Vladimir Putinin əleyhinə birlikdə dayandığını bildirməlidir”.
Rusiyaya qarşı tətbiq edilən sanksiyalar qlobal ərzaq və enerji qiymətlərində sıçrayışa səbəb olub.
G-7 sammitindən sonra dünya liderləri NATO sammiti üçün Madridə gedəcək.