5 illik dövrdə oğurluq hallarının ən azı 4 dəfə çoxaldığını deyən Məsudifər, son bir il ərzində ölkədə qeydə alınan oğurluq hallarının 1 milyon 400 min olduğunu bildirib.
Bu barədə hesabat dərc edən İranın “Aftab” xəbər agentliyi İranda oğurluğun artması inflyasiyanın artımı ilə əhəmiyyətli dərəcədə əlaqəli olduğunu, son 5 illik dövrdə illik inflyasiya səviyyəsinin təxminən 4,4 dəfə artdığını və buna uyğun olaraq oğurluq hallarının da 4 dəfə çoxaldığını qeyd edib.
Beynəlxalq Valyuta Fondu hesab edir ki, İran bu il Venesuela, Argentina, Surinam, Yəmən, Sudan, Zimbabve, Efiopiya və Türkiyədən sonra dünyada ən yüksək inflyasiya səviyyəsinə malik olacaq.