Vaxt.Az

Ukrayna daha dörd HİMARS


 

Silahlar gələn ayın ortasına qədər çatdırıla bilər

Ukrayna daha dörd HİMARS HİMARS raket yayılım atəş qurğularının növbəti partiyası iyulun ortalarında Ukraynaya gələcək. Bu barədə Pentaqonun sözçüsü brifinqdə bildirib.

Bildirilib ki, Ukrayna ərazisində dörd HİMARS həm istismar, həm də texniki xidmət və dəstək baxımından təlim keçmiş ekipaj tərəfindən xidmət göstərir.

Pentaqon sözçüsü əlavə edib ki, Birləşmiş Ştatlar dörd buraxılış qurğusunun ikinci partiyasının təhvil verilməsinə dair artıq razılığa gəlib. Bununla bağlı hələlik konkret tarix olmasa da, bu təxminən iyulun ortalarında baş tuta bilər.

Xatırladaq ki, iyunun 23-də Ukraynanın müdafiə naziri Aleksiy Reznikov bildirib ki, Ukrayna Silahlı Qüvvələri yüksək mobil MLRS M142 HİMARS alıb. (APA)

 





27.06.2022    çap et  çap et