Ukraynaya raketlərin buraxılmasını təmin edən bütün pilotlar, dispetçerlər, texniklər və bütün digər insanlar başa düşməlidirlər - hamınızı tapacağıq”.Bunu Ukrayna Prezidenti Vladimir Zelenski videomüraciətində deyib: “Hər biriniz bu zərbələrə görə məsuliyyət daşıyacaqsınız. Əgər kimsə “əmr belə olub” deyərək məsuliyyətdən yayınacağını hesab edirsə, yanılır”.
“Raketlərinizin evlərimizi vurmaları müharibə cinayətləridir. Məhkəmə - sizi gözləyən budur. Siz heç bir yerdə gizlənə bilməyəcəksiniz - nə raketlərinizin atıldığı Xəzər dənizinin sahilində, nə də Belarusda, heç yerdə”, - Zelenski deyib. (Report.az)
çap et