Vaxt.Az

Dördtərəfli sammit


 

Madriddə Türkiyə-NATO-İsveç-Finlandiya rəhbərlərinin görüşü keçiriləcək

Dördtərəfli sammit “Çərşənbə axşamı NATO baş katibinin xahişi ilə Madriddə Prezidentimizin iştirakı ilə Türkiyə, NATO, İsveç və Finlandiyanın iştirakı ilə dördtərəfli sammit keçiriləcək”. Bu sözləri Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın deyib.

“Bu sammit olacaq. Tədbirdə iştirak etməyimiz mövqeyimizdən geri çəkilmək anlamına gəlmir”, - Türkiyə rəsmisi vurğulayıb.

"Fikrimizcə, müzakirə etdiyimiz məsələləri bir nöqtəyə gətirmişik, oradan geriyə addım atmağımız müzakirə mövzusu deyil. Bunu qarşı tərəfə çatdırdıq. "Top artıq meydançanın sizə aid tərəfindədir" dedik. Dünən baş katibin (NATO baş katibi Yens Stoltenberq-red) xahişindən sonra Prezidentimiz (Rəcəb Tayyib Ərdoğan-red) “yaxşı, dostlarımız getsin, bir də tur etsinlər”, - dedi. Oradan Madridə gedəcəyik”, - İbrahim Kalın vurğulayıb.

Brüsseldə razılıq əldə olunsa, daha yaxşı şəkildə Madridə getməyin mümkün olduğunu bildirən Kalın, Türkiyənin İsveç və Finlandiyanın PKK/PYD/YPG və onlarla əlaqəli təşkilatlara qarşı açıq, birmənalı mövqe tutmasını gözlədiyini vurğulayıb.

Qeyd edək ki, İsveç və Finlandiya PKK/PYD/YPG terror təşkilatlarına açıq və gizli dəstək verir. (Report)

 





27.06.2022    çap et  çap et