Belə ki, “Karate Combat”da Rafaelə rəqib olan Deyvi Dona 2016-cı ildə idmançımızı Parisdə qaydalara zidd zərbəsi ilə nokauta salması ilə yadda qalmışdı. Onun bu hərəkəti qanundankənar olduğu üçün öz azarkeşlərinin gözü önündə tatamidən qovulmuşdu.
Lakin iyunun 25-də ABŞ-ın Orlando şəhərində baş tutan döyüşdə Rafael Ağayev rəqibinə yerini göstərməklə yanaşı, ondan 6 il əvvəlki zərbəsinin də əvəzini çıxıb. Dünya çempionumuz qaydalara meydan oxuyan bu döyüşdə rəqibinə tam üstünlüklə (3:0) qalib gələrək, “Karate Combat”da ardıcıl üçüncü döyüşünü də qələbə ilə başa vurub.
Qeyd edək ki, karatedən fərqli olaraq “Karate Combat”da kontakt zərbəyə icazə verilir. (Milli.az)