Vaxt.Az

70 fiziki şəxs, 90 təşkilat


 

Yaponiya Rusiyaya qarşı yeni sanksiyalar hazırlayıb

70 fiziki şəxs, 90 təşkilat Yaponiya hökuməti Ukrayna ətrafındakı vəziyyətlə əlaqədar Rusiyalı fiziki şəxslərə və təşkilatlara qarşı fərdi və ixrac sanksiyalarını genişləndirəcək.

“NHK” telekanalı xəbər verir ki, bunu Yaponiyanın baş naziri Fumio Kişida Böyük yeddilərin sammitində çıxışı zamanı deyib.

Qeyd edilir ki, Yaponiya Rusiya Federasiyasından olan 70 fiziki və hüquqi şəxsin aktivlərini dondurmaq, habelə müdafiə sektoru ilə əlaqəli daha 90 Rusiya təşkilatına əlavə ixrac sanksiyaları tətbiq etmək niyyətindədir.

 





27.06.2022    çap et  çap et