Vaxt.Az

Merkel Putini hədələdi


 

«Rusiya çox ağır zərbə alacaq...»

Merkel Putini hədələdi Almaniya kansleri Angela Merkel Krımda vəziyyət gərginləşməkdə davam edərsə, Avropanın Rusiyaya «çox böyük iqtisadi və siyasi ziyan vuracağı» barədə xəbərdar edib.

«Amerikanın səsi»nin verdiyi xəbərə görə, Bundestaqda çıxışı zamanı Merkel Moskvanın ünvanına indiyədək ən böyük hədəni dilə gətirib.

Kansler deyib: «Rusiya öz kursunu davam eləsə, bu, təkcə Ukrayna üçün fəlakət olmayacaq, eyni zamanda Avropa Birliyi ilə Moskva arasında münasibətlərə təsir edəcək. Ən əsası, Rusiya çox böyük iqtisadi və siyasi zərbə alacaq».

O, Krımın Kosovo ilə müqayisəsi ilə bağlı Moskvanın iddialarını rədd edib. «Bir şey tam aydın olmalıdır. Ukraynanın ərazi bütövlüyü müzakirə mövzusu ola bilməz» - deyə, Merkel bildirib.

 





15.03.2014    çap et  çap et