Vaxt.Az

“Yırtıcı sərçə” iki zavodu dayandırdı


 

İranın əhəmiyyətli iqtisadi müəssisələrinə haker hücumu olub

“Yırtıcı sərçə” iki zavodu dayandırdı İranın Xuzistan və İsfahan əyalətlərində polad zavodlarına edilən haker hücumları nəticəsində hər iki əhəmiyyətli iqtisadi müəssisənin fəaliyyəti dayandırılıb.

İyunun 27-i səhər saatlarında “Yırtıcı sərçə” adlı haker qrupunun hücumundan sonra Xuzistanın polad zavodu texniki problemlərə görə fəaliyyətlərini dayandırdığını bildirib və zavodun veb saytına giriş mümkün deyil.

2022-ci ilin başlamasından bu yana İranın müxtəlif mətbuat orqanları, dövlət qurumları və əhəmiyyətli strateji-iqtisadi mərkəzlərinin saytlarına, ticarət mərkəzlərinin elektronik sistemlərinə haker hücumları olur və hökumət əleyhinə şüarlar səsləndirilir.

Müxalif təşkilatlar tərəfindən həyata keçirilən hücumların qarşısını almaqdan aciz olan İran hökuməti bunu Amerika və İsrailin üzərinə atıb.

 





27.06.2022    çap et  çap et