Vaxt.Az

“Ən ciddi və birbaşa təhdid”


 

Putin bu savaşdan öncə nə umurdu - nə buldu?

“Ən ciddi və birbaşa təhdid” NATO-nun Madrid zirvəsində ittifaqın yeni strateji konsepsiyası qəbul olunacaq. Yeni konsepsiyada Rusiya “ən ciddi və birbaşa təhdid” (“most significant and direct threat”) kimi qiymətləndiriləcək. 2010-cu ildə qəbul olunan konsepsiyada isə Rusiya strateji tərəfdaş adlandırılırdı.

Ən önəmli qərarlardan biri NATO-nun çevik reaksiya qüvvələrinin sayının 40 mindən 300 minə qaldırılması olacaq. Quru, hava və dəniz komponentlərindən ibarət olan bu qüvvələr krizis situasiyalarına operativ müdaxilə üçün nəzərdə tutulub.  

Bundan başqa, Baltik ölkələrindəki NATO batalyonları briqada səviyyəsinə yüksəldiləcək.

İndi özünüz düşünün: NATO-ya ən ciddi və birbaşa təhdid olan bir ölkənin Ukraynada qalib gəlib, daha böyük təhdid halına gəlməsinə imkan verərlərmi? Putinin son günlər daha da aqressivləşərək Ukraynanı raket yağışına tutması həm də bu gəlişmələrlə əlaqədardır, o, Qərb liderlərinin tarixi qərarlar qəbul etməyə toplaşdıqları bir məqamda onlara xəbərdarlıq göndərir.

Putin bu savaşdan öncə nə umurdu - nə buldu?...

 





27.06.2022    çap et  çap et