Qeyd olunur ki, sentyabrın 30-da başa çatacaq müqavilə əsasında hərbçilərin qəbulu üzrə ümumi illik plan iyun ayına cəmi 40 faiz yerinə yetirilib.
Bundan əlavə, Pentaqonun daxili araşdırması göstərib ki, hərbi xidmətə yararlı olanların yalnız 9%-i hərbi xidmətə getməyə hazırdır. Qeyd olunur ki, bu, 2007-ci ildən bəri rekord minimumdur.
Respondentlərin 57 faizi xidmət başa çatdıqdan sonra emosional və psixoloji çətinliklərlə üzləşmək istəmədiklərini, respondentlərin yarısı isə mümkün fiziki xəsarətlərdən qorxduqlarını bildirib. (“Trend”)