Yaralananlardan birinin Əlirza Purəli adlı kənd sakini olduğu deyilir. Purəli qarın və bud nahiyəsindən güllə yarası alıb.
İyunun 27-i axşam saatlarına kimi hadisə ilə bağlı polis və ya başqa ilgili dövlət qurumları məsələ ilə bağlı hər hansı tədbir görmədiyi, cinayətkarların saxlanılması istiqamətində addım atılmadığı bildirilir.
Bir neçə gün bundan öncə Qərbi Azərbaycan əyalətinin Ağcaqala kəndinin əhalisi də etnik gəlmə kürdlərin onları silah və zor gücünə bölgədən deportasiya etməyə çalışdığını bildirmişdi.
Kəndlilər Ağcaqala ətrafına sonradan yerləşən miqrantların əsasən silah və narkotik qaçaqmalçılığı ilə məşğul olduğunu, yerli əhalinin əkin və bağ sahələrinə xəsarət yetirdiyini, bölgə əhalisini təhdid edərək oradan köçmələrinə çalışdığını deyiblər.
Qeyd edək ki, uzun illərdir İran hökuməti və etnik miqrant kürdlər Qərbi Azərbaycan əyalətinin adının dəyişdirilərək “Urmiya əyaləti" qoyulması yönündə çalışırlar.
Bundan öncə İranın keçmiş prezidenti Həsən Ruhaninin əyalətə səfəri zamanı “Urmiya əyaləti" ifadəsini işlətməsi geniş etirazlara səbəb olmuşdu.
Bununla yanaşı əyalətinin güney bölgələrində, Soyuqbulaq şəhərinin mərkəziyyəti ilə “Mahabad” və ya “Məkriyan” adlı yeni kürd əyalətinin qurulması planlaşdırılır.
Bu, Güney Azərbaycan türklərinin bir sıra türk millət vəkillərinin sərt reaksiyaları nəticəsində gecikdirilsə də, bu yöndə fəaliyyət davam etdirilir.
Bir müddət bundan öncə Soyuqbulaq şəhərinin İran parlamentindəki kürd nümayəndəsi Cəlal Mahmudzadə Qoşaçay mahalının 30 kəndinin Soyuqbulağın tabeliyinə verilməsini istəyib.
İranın Dövlət Radio və Televiziyasının rəsmi internet saytında Qərbi Azərbaycan şəhəri olan Mahabad (Soyuqbulaq) əyalətlər sırasında ayrıca bölgə kimi yazılması hökumətin bu məsələdə israrlı olduğunu, Qərbi Azərbaycanın kürdləşdirmə prosesində maraqlı olduğunu göstərir.