Vaxt.Az

200 faiz bahalanma


 

İranda inflyasiya rekord həddə çatıb

200 faiz bahalanma İranda İkinci Dünya Müharibəsindən bəri ən yüksək inflyasiya səviyyəsi İbrahim Rəisi hökumətinin qurulmasından sonra bir il ərzində qeydə alınıb. Bu barədə tanınmış iqtisadçı Hüseyn Rağfər mediaya verdiyi açıqlamada bildirib.

O, İbrahim Rəisi hökumətinin bir illiyində inflyasiya göstəricisinin 52.5 faiz olduğu barədə statistikaya toxunaraq, güzəştli valyuta məzənnəsinin ləğv edilməsinin fəsadlarına görə hökumətin cavabdeh olduğunu deyib.

“Həmin şəxslər iddia edirdilər ki, biz güzəştli valyutanı ləğv etsək, maksimum 6-7 faiz qiymət artımı baş verəcək, halbuki bu gün qiymətləri güzəştli valyuta ilə bağlı olan malların qiymətində 200 faiz artım müşahidə edirik. İndi sübut olunub ki, İran iqtisadiyyatı güc və sərvət cərəyanlarının təsiri altındadır”, – deyə Rağfər bildirib.

Qeyd edək ki, son iqtisadi statistikalara görə, hal-hazırda İranda  inflyasiya göstəricisi dünyanın 190 ölkəsindən daha yüksəkdir.

 





28.06.2022    çap et  çap et