Müşahidəmizi müasir, aktual mənbələrə yetirib bu istiqamətdə bir sıra informasiyaların cəminə yönəltdikdə bunlar məlum olur. “Kərimi dövləti” bir, yeni projedir, İranın Kəşfiyyat Nazirliyinin Azərbaycan üzrə mərkəzində hazırlanıb, İran ali dini rəhbərliyi ilə də, təbii ki, razılaşdırılaraq. Və son dövrlərdə yaranan, bu, yeni dini-siyasi tipli proyekt məhz bizim Azərbaycana hesablanmış. Əsil adı Kərimidir, Qurani-Kərimin adını istifadə ilə götürülüb, farsca i sonluğu əlavə olunub və Kərimə isə, konspirasiya, çaşdırma üçün deyilir.
***
İran molla rejimi uzun müddət Azərbaycandakı dindarları, İslam Partiyası, digər siyasi qüvvələri və “Hüseyniyyə” mərkəzləri ya Müsəlman Birliyi Hərəkatı vasitəsi ilə bizim, dünyəvi Azərbaycan dövlət quruluşunu dəyişib, İranyönlü teokratik şiə-şəriət dövləti qurmağa cəhd etdi. Alınmadı. Azərbaycan dövləti möhkəm çıxdı, cəmiyyət və xalqı isə, belə gerizəkalı dünyagörüşü qəti “iqnor” etdi. Cəmiyyətin də birmənalı dəstəyi ilə dövlət dünyəvi Konstitusiya quruluşumuza zidd əməl, niyyətli şəbəkə, cərəyana qarşı sərt tədbirlərini gördü. Qapatma, ölkədən qovma və həbslərlə!
Əsas da 44 günlük Qarabağ Vətən Müharibəsi, Azərbaycanın zəfərini, ordu, dövlət, xalq vahid birliyini görəndən sonra İran rejimi ölkəmizdəki teokratik şəriət dövləti qurmaq xəyalından tam əlini üzdü. Və bundan sonra keçdi B variantına. Bu dəfə, yarımteokratik, yarımşiə-şəriət, hibrid dövləti qurmaq cəhdinə, ölkəmizdəki iranyönlü dindar və demokratların birliyində, yeni “Kərimi dövləti” qurmağa. Nəzəriyyə, ideologiya isə, bir qədər, teokratik, şəriət mühafizəkarlığı azaldıb, araya demokratik müasirlik çalarları qatıb, cılız hibrid dindar-demokrat birliyi yaratmaqdır. Və bu hökumətin cilovunu, bununla dövləti, xalqı da dolayısı ilə İran molla rejiminə bağlamaqdır.
Layihənin həyata keçirilməsi...
Ssenari, plan üzrə qanun cəza tətbiqi mümkün olmayan variant seçilir. Türmədə dindar Allahın təhqiri və onu müdafiə adı ilə bir, aclıq aksiyası keçirir. Dəstəkçi demokratlar onu insan haqları adı ilə müdafiə edib, məsələni beynəlxalq aləm səviyyəsində ictimailəşdirir. İran isə, o tərəfdən, İslam dünyasında “Allahsız Azərbaycan” təbliği aparır. Azərbaycandakı dini kəsim ayağa qalxır, xalqı, cəmiyyəti və dövləti silkələnir, ara qarışır, vəziyyət nəzarətdən çıxır və sonda qonşu ölkə müdaxiləsi, “Kərimi dövlətin” kənarda siyahı ilə hazırlanmış dindar-demokrat hibrid hökuməti Azərbaycana oturdulur... Vəssalam, planları bu!
Plan isə, başlanğıcından vuruldu...
Ancaq unudurlar ki, Azərbaycan xalqı insanlara İranda zülmət həyatı yaşadan quruluşu yaxşıca bilir. Həmin rejimin erməni işğalçılarına dəstəyi, bizim ölkəyə qarşı təxribatları, pozuculuqlarını, İrandakı Azərbaycan türklərinə verdiyi zülmləri, xalqımıza, dövlətimizə və ümumən, vətənimizə qarşı məkrli dözümsüz münasibətini gözəl bilir.
Heç, dövlətin əks-tədbirinə ehtiyac qalmadan, bizim yazarlar, ziyalı və mütəxəssislərin aydınlıq gətirməsi ilə xalq, cəmiyyət bu ssenari plana və “Allahı müdafiə” aclıq aksiyasına qəti və hiddətli təpki verdi. İnanın, bu barədə paylaşmalarımda insanların qəzəbli şərhləri, çağırışları var, eynilə 44 gün savaş dövrü erməni işğalçıya qarşı olan nifrətli və cəza tələbli. Həm bu sifarişli səhnəni, kampaniyanı başlatmış, iranyönlü dindarlara və həm də, onları bu dərəcə, öhdəlikli qədər inadlı dəstəkləyən siyasi, sair təbəqələrə qarşı. Bütün cəmiyyət, xalq coşdu, vətəni müdafiəyə. Elə əsl vətənçi demokratik müxalifət də xalqla bir oldu.
Və nəticə...
Nəticə “Kərimi dövləti” layihəsi üçün biabırçılıqla, iflasla bitdi. Aclıq aksiyası, “Allahı müdafiənin” hər günü və hər saatı bu kampaniyanın əksinə işlədi. Azərbaycan xalqı və cəmiyyətindən belə bir müdhiş oyuna təpki qəzəb durmadan artdı, belə plan quranların dəstək gözləntiləri əksinə. İrandakı Mərkəz gördü ki, bu gedişlə bu ölkədə bütün ictimai dayaqları itirilib, məhv olur, necə ki, başlatmışdı, eləcə də, “dayandır!” əmri verdi. Aclıq dayandı, dindar səslər kəsildi, “demokrat” dəstəklər də çəkildi. Bununla da, tamaşa bitdi.
Bəli, ictimai-xalq etirazı qəzəbi böyük gücdür, qüvvədir, ümummilli, vətən taleli təhlükələrdə! Xüsusilə, vətəni torpağı yad qüvvələrdən azad etmək üçün qanlar, canlar vermiş, Azərbaycan xalqı, cəmiyyətinin bu yöndəki qəzəbi, təpkisi! Bu xalqa, dövlətə uzanan əllər, dillər kəsiləcək.