Vaxt.Az

“Putin cavab verməli olacaq”


 

Böyük Yeddilər Rusiyanın Ukraynaya hücumunu pisləyib, “qanunsuz və haqsız” adlandırıblar

“Putin cavab verməli olacaq” Böyük Yeddilər (G7) qrupunun liderləri Rusiyanın Ukraynaya hücumunu pisləyiblər və bu müdaxiləni “qanunsuz və haqsız” adlandırıblar. Onlar bildiriblər ki, Ukraynanın müharibədən sonra yenidən qurulmasının müzakirə edilməsi üçün beynəlxalq konfrans çağırılacaq.

Almaniyada keçirilən G7 sammitinin iyunun 28-də açıqlanmış yekun bəyanatında habelə qlobal ərzaq təhlükəsizliyi məsələsinə toxunulur. Qeyd olunur ki, dünyanın ərzaq böhranı təhlükəsi qarşısında qalmasının məsuliyyətini Ukraynanın dəniz limanlarını blokadaya almış Rusiya daşıyır.

Bəyanatda deyilir: “Argentina, Hindistan, İndoneziya, Seneqal və Cənubi Afrika Respublikası, eləcə də Ukrayna liderləri də, biz – Yedilər Qrupunun bəyanatına qoşulublar. Biz Rusiyanın Ukraynaya qarşı qanunsuz və haqsız təcavüzkar müharibəsini pisləyirik”.

Bundan əvvəl G7 sammitinin ikinci günündə liderlər demişdilər ki, prezident Vladimir Putin və onun Belarusdakı müttəfiqləri üzərinə təzyiqləri artırmaq üçün Moskvaya qarşı sanksiyaları buna ehtiyac olduğunu müddətdə saxlayacaqlar.

***

Bu da xəbər verilir ki, liderlər Rusiya iyunun 27-də Ukraynadakı ticarət mərkəzinə raket zərbəsi endirdikdən sonra yekun bəyanatının mətnini bir az da sərtləşdiriblər və Rusiyanın hərəkətini “hərbi cinayət” adlandırıblar.

Bəyanatda bildirilir ki, Putin Moskvanın əməllərinə görə məsuliyyətə cəlb olunacaq.

Bu sammitdə habelə dünyanın ərzaq probleminin aradan qaldırılması üçün 4.5 milyard dollar ayrılması barədə qərar qəbul edilib.

Ağ Ev ayrıca olaraq bəyan edib ki, ABŞ 47 ölkədə ərzaq probleminin həlli istiqamətində 2.76 milyard dollar xərcləyəcək.

Bu sammitdə habelə Rusiya neftinə qiymət həddi qoyulması, Rusiya mallarına rüsumların artırılması və yeni sanksiyaların elan edilməsi müzakirə olunub.

Lakin bildirilir ki, bu məsələlər qarşıdan gələn həftələrdə müzakirə ediləcək.

 





28.06.2022    çap et  çap et