Vaxt.Az

Prezervativ qoruyur!


 

Bir anlıq səhlənkarlıqla həyatınızı riskə atmayın!

Prezervativ qoruyur! «Сənubi Qafqazda və Rusiya Federasiyasında İİV/QİCS və miqrasiya ilə mübarizə Layihəsi» çərçivəsində Miqrasiya və İİV/QİCS mövzusunda ən yaxşı məqalə konkursuna təqdim edilir. Layihə QİCS-lə Mübarizə İB tərəfindən Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilir.

Prezervativ rezin materialdan (adətən, lateksdən) hazırlanmış nazik, elastik və keçiriciliyi olmayan kisəcikdir.Cinsi əlaqə zamanı kondom kişi cinsiyyət üzvünə taxılır. Qadının hamilə qalmaması üçün kişilər hər cinsi əlaqə zamanı kondomdan istifadə etməlidirlər. Hər il dünyada təxminən 5 000 000 000 ədəd prezervativ satılır. Onun 100-dən artıq növü var. İstehsal olunan bütün prezervativlərin təxminən 40-70%-ni qadınlar alır.

Prezervativ həm hamiləlikdən, həm də Cinsi Yolla Yoluxan İnfeksiyalardan və HİV/AİDS-dən (SPİD) qoruyan yeganə üsuldur.

Bütün cütlüklər prezervativdən istifadə edə bilər. Cinsi Yolla Yoluxan İnfeksiyalar və ya HİV-ə yoluxma ehtimalı yüksək olan kişi və qadınlar üçün prezervativlər ən münasib üsuldur.

Bizdə necədir?

Tərəflərdən qadın düşünür ki, o, qarşı tərəfdən rezin istifadəsini tələb etsə hörmətsizlik olacaq. Və ya kişi elə biləcək ki, o, xəstədir. Kişi isə alacağı həzzin azalacağı qorxusu ilə rezindən imtina edir. Nəticədə ya istənilməyən hamiləlik, ya da ki, qəfil bəla HİV meydana gəlir. Bir-birindən utanan cütlüklər xəstəlik səbəbindən qatı düşmənə çevrilir.

Kişi prezervativlərı cinsi əlaqə zamanı cinsi həzzi azaldırmı?

Bəzi adamlar qeyd edir ki, prezervativlər cinsi həzzi azaldır. Bir çoxları üçün isə əksinə, prezervativlər cinsi həzzi artırır. Çünki, kişilərin cinsi əlaqəni yarımçıq dayandırmağa ehtiyac olmur. Həmçinin, hamilə qalmaq və ya Cinsi Yolla Yoluxan İnfeksiyalara və HİV-ə yoluxmaqla bağlı narahatlıqlar yaranmır.

Prezervativləri hazırda istənilən aptekdən, maarifləndirici kampaniyalar aparan qeyri-hökumət təşkilatlarından ala bilərsiniz. Qiymətlər isə yetərincə ucuzdur. İndi gəlin baxaq, bir HİV-ə yoluxmuş xəstənin müalicəsi üçün nə qədər pul lazımdır? Prezervativ ucuz başa gəlir, yoxsa HİV-dən müalicə?

Bir AİDS-li xəstənin illik müalicəsi üçün 1 200 ABŞ dolları məbləğində xərc lazımdır. Halbuki, əslində bu dərman preparatlarının dəyəri xırda qəpiklərlə ölçülə bilər. Bu səpgili dərmanların istehsalı ilə məşğul olan firmalar üçün inhisarçılar xeyli problemlər yaradır. Hindistanda AİDS-ə qarşı dərman preparatları hazırlamaq iqtidarında olan şirkətin fəaliyyətinə mane olmaq üçün Amerika dövləti Hindistan qarşısında tələb qoydu: Əgər istehsal dayandırılmasa ABŞ Hindistana kredit verilişini dayandıracaq. Ona görə də dərman preparatları xeyli dərəcədə bahadır. Həmçinin, bu dərmanları sadə vətəndaşın əldə etməsi qeyri-mümkündür.

Özümüzü qoruyaq.

 





09.03.2014    çap et  çap et