Vaxt.Az

“Putin “1937-ci il vəziyyəti” yaradıb”


 

General Sanders: “Müharibədə ən başlıcası torpaq üzərindəki qarşıdurmadır”

“Putin “1937-ci il vəziyyəti” yaradıb” Böyük Britaniya ordusunun rəhbəri deyib ki, onun ölkəsi və müttəfiqləri üçün “1937-ci il vəziyyəti” yaranıb. General Patrik Sanders bilirib ki, London və müttəfiqləri daha bir dünya müharibəsinin qarşısını almaq üçün mümkün olan bütün imkanlardan istifadə etməlidirlər.

“The Sky News” saytı yazır ki, bu həftənin sonunadək baş nazir Boris Consonun Britaniyanın hərbi büdcəsinin artırılması barədə bəyanat verəcəyi gözlənilir.

Bu vəzifəyə yenicə təyin oluinmuş Sanders deyib ki, Rusiya prezidenti Vladimir Putin və onun “qəsbkar ambisiyaları” bütün dünyada suverenlik, demokratiya və azadlıq üçün indiyədək misli görünməmiş təhlükə yaradıb. General bildirib ki, indi Britaniyanın qarşısında duran mühüm vəzifə ordunun səfərbərliyidir.

Onun sözlərinə görə Britaniya səfərbərliyi Avropada müharibəyə başlamaq üçün yox, bu müharibənin qarşısını almaq üçün keçirməlidir. Sanders Ukraynadakı müharibənin miqyasını “misilsiz” adlandırıb: “Əynimə hərbi forma geyindiyim bütün illər ərzində suvernliyə, demokratiyaya və zoraklılıq qorxusu olmadan yaşamaq prinsiplərinə Putinin qaba təcavüzünün yaratdığı qədər aydın təhid görməmişəm”.

Patrik Sanders bu bəyanatları Londonda keçirilən ordu konfransında verib.

***

Onun bəyanatları NATO alyansının Madriddə keçirəcəyi sammitin ərəfəsinə təsadüf edir.

Bu sammitdə iştirak edən baş nazir Boris Conson deyib: “Putin və Kreml bu münaqişəni genişləndirməyə və onu NATO və Rusiya arasında baş verən qarşıdurmaya çevirməyə çalışırlıar. Amma burada söhbət müstəqil və suveren ölkəyə basqından gedir. Burada söhbət bütün Qərbin və Ukraynanın dostlarının onun özünü müdafiə etməsi üçün köməyindən gedir”.

Bəzi xəbərlərə görə müdafiə naziri Ben Uolles hərbi büdcənin qarşıdan gələn 5 ildə 20 faiz artırılmaslı üçün müraciət edəcək. O deyib ki, Britaniyanın 24 milyard funt sterlinqlik hərbi büdcəsi Soyuq Müharibənin sonundan bəri ən böyük büdcədir. Nazirin sözlərinə görə ötən il Britaniya müdafiəyə ən çox pul xərcləyən üçüncü ölkə olub.

Rusiyanın Ukraynaya qarşı təcavüzü ilə yaranmış vəziyyətlə bağlı NATO özünün Avropadakı çevik reaksiya qüvvələrini 40 mindən 300 minə çatdırmalıdır. General Sanders bildirib ki, orduda generaldan əsgərədək hamı hazır olmalıdır. O öz çıxışında indiki vəziyyəti 1937-ci ildə Avropada yaranmış vəziyyətlə müqayisə edib: “Bu bizim 1937 anımızdır. Biz müharibədə deyilik, lakin çevik tərpənməli, ərazi ekpansiyasının qarşısını almalıyıq ki, müharibəyə cəlb olunmayaq. Mən əlimdən gələn hər şeyi edəcəyəm ki, Britaniya ordusu müharibənin önlənməsində öz rolunu oynaya bilsin”.

1937-ci ildə Avropada II Dünya Müharibəsi ilə nəticələnən hadisələr baş vermişdi.

***

General bildirib ki, müharibədə həm hava, həm dəniz, həm də kiberaləmdə qarşıdurmalar olur, amma ən başlıcası torpaq üzərindəki qarşıdurmadır. Onun sözlərinə görə “çayı keçməkdə kiberəməliyyat çətin işə yarasın”.

General Sanders bildirib ki, hazırda ordunun səfərbərliyi “1914-cü ilin dəmiryol vaxt cədvəlləri” ilə müharibəyə yollanış deyil, lakin silahlı qüvvələrin modernizasiya və hazırlığının artırılması təcilidir.

Sanders elan edib ki, Britaniya ordusunun modernləşdirilməsi, gücləndirilməsi və hazırlığının artırılması üçün “Gələcəyin əsgəri” proqramı təklif olunub. Ordu komandanı bunu da bildirib ki, Britaniya silahlı qüvvələri üçün “hərbi texnika donanmasının” yaradılması vacibdir.

Bəzi ekspertlərin fikrincə Sanders milyardlarla dollarlıq Ajax (Ayaks) mini tanklarının istehsalına işarə edib. Bu layihə indiyədək bir sıra texniki problemlərə görə dayandırılmışdı.

 





28.06.2022    çap et  çap et