Vaxt.Az

Elnur Aslanov işdən çıxarıldı


 

Hakimiyyətdəki «nurçu»larla mübarizə ilk qurbanını aldı

Elnur Aslanov işdən çıxarıldı Prezident İlham Əliyev Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanovla bağlı sərəncam imzalayıb.

AzerTac-ın xəbərinə görə, sərəncama əsasən Elnur Kazım oğlu Aslanov Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri vəzifəsindən azad edilib.

Musavat.com qeyd edir ki, E. Aslanov Türkiyənin tanınmış ruhanisi F. Gülənin rəhbərlik etdiyi «Hizmət» hərəkatının - «nurçu»ların Azərbaycandakı əsas siması idi. Son günlər onunla bağlı ciddi kampaniya başlamışdı. Görünən budur ki, Azərbaycan iqtidarı Türkiyə prezidenti T. Ərdoğanın dünya çapında «gülənçilər»ə qarşı başlatdığı müharibəyə kiçik bir qatqıda bulunub.

Məsələnin maraqlı tərəfi isə budur ki, Prezident Administrasiyasında və digər dövlət strukturlarında azərbaycanlı «nurçular» hələ də yüksək vəzifədədirlər. Mümkündür ki, yaxın zamanlarda onların da dövlət postlarından azad edilməsi baş verəcək.

«Media forum» saytı Elnur Aslanovun bioqrafiyasını təqdim edir.

Elnur Aslanov 1977-ci ildə Bakıda anadan olub. Bakı Dövlət Universitetini və Azərbaycan Universitetini bitirib. Siyasi elmlər namizədidir.

1-ci dərəcə dövlət müşaviridir.

Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının beynəlxalq əlaqələr və siyasi partiyalarla iş şöbəsində təlimatçı, baş referent, Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin informasiya işinin təşkili və analitik təhlil sektorunda referent, böyük məsləhətçi, İcra Aparatı rəhbərinin köməkçisi işləyib.

2007-ci ildən Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri idi.

Elnur Aslanov parlamentin insan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanovanın oğludur.

 





17.03.2014    çap et  çap et