“Hazırda 8 nəfər Krım-Konqo qızdırmasına yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilib və onlardan üçünün testinin nəticələri müsbət çıxıb”, – deyə Abışvənd bildirib.
O, ötən ilin yay fəslində yalnız 5 nəfərin bu qızdırmaya yoluxduğunu xatırladıb və bildirib ki, bu yay bir gündə 3 nəfərin Krım-Konqo qızdırmasına yoluxması yoluxma hallarının çoxala biləcəyi ehtimalını artırır.
Cavad Abışvəndin sözlərinə görə, Ərdəbildə bu xəstəliyin qəti müəyyənləşdirilməsi üçün avadanlıq olmadığını və bunun üçün analiz nəticələrinin “İnstititut Pastor Tehran” laboratoriyasına göndərildiyini deyib.
Bundan öncə İran Səhiyyə Nazirliyinin nümayəndəsi Behzad Əmiri İranda 34 nəfərin Krım-Konqo qızdırmasına yoluxduğunu, iki xəstənin öldüyünü bildirib.