Vaxt.Az
Paşinyanın savaş əzabı
Erməni cəmiyyətini müharibəylə qorxudan baş nazir məğlubiyyətini xatırlamaq belə istəmir
Ermənistanın bir qrup eksperti hesab edir ki, baş nazir Nikol Paşinyan son müsahibəsində “Azərbaycan müharibəyə hazırlaşır” cümləsiylə erməni cəmiyyətini güzəştlərə hazırlamaq istəyib. Yəni Paşinyan erməni cəmiyyətinə demək istəyib ki, bəzi addımlar atılmasa Azərbaycan müharibəyə başlayacaq. Paşinyanın Laçın və ətraf kəndlərin boşaldılmasıyla bağlı cümləsi bununla əlaqələndirilir. Ancaq Laçının və ətraf kəndlərin boşaldılması Paşinyanın güzəşti deyil. O, sadəcə 2020-ci il 10 noyabr bəyanatını yerinə yetirir və Laçının ətraf kəndləri ilə bərabər boşaldılacağı erməni cəmiyyətinə əvvəlcədən bəlli idi.Nikol Paşinyanın müsahibəsində Minsk
Qrupunu diriltməyə çalışacağını vurğulaması, sərhəd məsələsini həll etməyə və
sülh sazişini imzalamağa həvəsinin olmadığını, Zəngəzur dəhlizinə müqavimətini
davam etdirəcəyini söyləməsinə diqqət yetirmək lazımdır. Paşinyan bir tərəfdən
cəmiyyətini yeni müharibə ilə qorxutmağa çalışır, digər tərəfdən İkinci Qarabağ
müharibəsinin ölkəsi və milləti üçün ağır nəticələrini unutmağa çalışır. Əks
halda razılaşdırılan məsələlərin həllini uzatmazdı. Fikrimcə, problemin kökü
bundadır.
29.06.2022 çap et