Afişalarda “Ata Babəkin doğum günü qutlu olsun”, “Ailə ilə birlikdə Bəzz qalasında olaq” ,”Görüşümüz 1 iyul 2022” yazılıb.
Eyni zamanda afişalarda “Qalasında Babəkin səs batmayıb, indi də var daima Babəklə bağlanan peyman səsi” məzmunlu şüarlar yazılıb və toplantı tarixi qeyd olunub.
Qeyd edək ki, Azərbaycanın xalq qəhrəmanı Babək Xürrəminin anım günü münasibətilə hər il iyunun sonunda Bəzz qalasına ənənəvi yürüş keçirilir.
Qurultay ərəfəsində bütün Azərbaycan şəhərlərində təhlükəsizlik qüvvələrinin sayı artırılır. Yollarda polis və ordunun nəzarəti gücləndirilir. Kəleybər mahalı və Babək qalasına gedən yolların çoxu bağlanır və bir çox nöqtələrdə axtarış postu yerləşdirilir.
Eyni zamanda müxtəlif şəhərlərdə Bəzz qalasına yürüşün təşkilatçılığında şübhəli bilinən bir çox insan həbs edilir.