Vaxt.Az
«Xəbəri indi eşidirəm»
Rəbiyyət Aslanova oğlunun işdən çıxarılmasından danışdı
Milli Məclisin insan hüquqları komitəsinin sədri, deputat Rəbiyyət Aslanova oğlu Elnur Aslanovun Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri vəzifəsindən azad edilməsi barədə məlumatı xarici səfəri zamanı alıb.
Deputat «Media forum» saytına deyib ki,
xaricdə səfərdədir: «Oğlumun işdən azad olunmasını indi eşidirəm. Ona görə də
bu barədə nəsə deyə bilməyəcəyəm».
Elnur Aslanov Prezident
Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri
vəzifəsindən martın 17-də prezident İlham Əliyev sərəncamı ilə azad edilib.
17.03.2014 çap et