Vaxt.Az

Həbs xəbərini paylaşmağa görə həbs


 

Güneyin Qərbi Azərbaycan vilayətində sosial media fəalı 3 ay azadlıqdan məhrum edib

Həbs xəbərini paylaşmağa görə həbs Qərbi Azərbaycan vilayətinin Nəğədə (Sulduz) şəhərində sosial media fəalı Ehsan Məliki 91 gün həbsə məhkum edilib.

Azərbaycan İnsan Haqları Cəmiyyətinə (Ərk) istinadən, mədəni fəal internetdə yalan xəbər yaymaq ittihamı ilə mühakimə olunub. Nəğədə şəhərinin cəza məhkəməsi fəala qarşı çıxardığı 3 aylıq həbs hökmünü bir il sınaq müddəti olmaqla şərti hesab edib.

Ərk Cəmiyyətinin internet səhifəsində yayılan məlumata görə, Ehsan Məliki Əli Hacməhəmmədi adlı başqa bir fəalın həbs xəbərini yaydığı üçün mühakimə olunduğunu bildirib.

“Bir xəbər üzündən üç ay şərti həbs hökmü! Keçən aprel ayında Əli Hacməhəmmədinin həbs xəbərini şəxsi “İnstagram” səhifəmdə paylaşdıqdan sonra kiber polisi tərəfindən çağırıldım. Polis tərəfindən sorğu-sual edildikdən sonra məhkəməyə göndərildim. Üç sorğu-sual və mühakimə prosesinin ardınca Nəğədə Cəza Məhkəməsi məni 3 ay şərti həbsə məhkum etdi”, – Ərk Cəmiyyətinin saytı Ehsan Məlikiyə istinadən yazıb.

 





29.06.2022    çap et  çap et