Bu da iddia edilir ki, Ukraynaya qaytarılan 144 əsirdən 95-i Maripoldakı Azovstal zavodunun müdafiəçiləridir. Onlardan 43-nün bilavasitə Azov batalyonundan olduğu deyilir. Xəbərdə vurğulanır ki, dəyişdirilənlərin əksəriyyəti yaralı və xüsusilə ağır yaralı olanlardır.
***
Qondarma “Donetsk xalq respublikasının” başçısı Denis Puşilin belə bir mübadilənin keçirildiyini təsdiqləyib.
Onun sözlərinə görə ukraynalı hərbçiləri Rusiya hərbçilərinə və qondarma “DXR” döyüşçülərinə dəyişiblər.
Bunların da əksəriyyəti yaralı olanlardır.
Puşilin bunu da təsdiqləyb ki, Ukrayna tərəfinə “millətçi döyüş qruplaşmalarının” üzvlərindən də qayralanları olub.
Xəbər verilir ki, bu, fevralın 24-də Rusiya Ukraynaya təcavüz edəndən bəri keçirilmiş ən böyük əsir mübadiləsidir.
May ayında Maripolu müdafiə edən Ukrayna döyüşçülərindən 2 min nəfərinin əsir düşdüyü xəbər verilirdi.
Ukrayna hökuməti bildirmişdi ki, onların qaytarılması üçün bütün imkanlardan istifadə olunacaq.