Vaxt.Az

Ərdoğan-Bayden görüşü


 

Əsas mövzu NATO və Ukraynadır

Ərdoğan-Bayden görüşü İspaniyanın paytaxtı Madrid şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Co Bayden arasında görüş keçirilib. Görüş NATO sammiti çərçivəsində baş tutub.

Görüş zamanı R.T.Ərdoğan bildirib ki, Türkiyə balanslaşdırılmış siyasətlə “taxıl dəhlizi” problemini həll etməyə çalışır. O, Ankaranın bu istiqamətdə səylərinin müsbət nəticələr verəcəyinə ümid etdiyini bildirib.

Co Bayden öz növbəsində Türkiyə Prezidentinə Ukrayna taxılının çıxarılmasını təmin etmək səylərinə, həmçinin İsveç və Finlandiyanın NATO-ya üzvlük müraciətlərini dəstəklədiyinə görə təşəkkür edib. (“Trend”)

 





29.06.2022    çap et  çap et