Virtualaz.org bildirir ki, bu barədə azvision.az-a daxil olan məlumata görə, Metropolitenin yeni rəisi Zaur Hüseynovun vaxtilə Tağı Əhmədovun vəzifə verdiyi yüksək postlu bir neçə məmuru vəzifədən azad edəcəyi gözlənilir.
İşdən çıxarılacaq şəxslərin adları hələlik açıqlanmasa da onların kifayət qədər yüksək vəzifə tutduğu qeyd edilir.
Z.Hüseynovun bu addımının həmin şəxslərin fəaliyyətləri dövründə yol verdikləri ciddi nöqsanlarla bağlı olduğu bildirilir.
Mənbənin bildirdiyinə görə, yeni təyinat alanlar nisbətən gənc kadrlar olacaq.
QSC-nin mətbuat xidmətinin rəhbəri Nəzakət Tanrıverdiyevanın dəyişdiriləcəyi də yer alan xəbərlər arasındadır.
Qeyd edək ki, vəzifəyə gəlişi ilə metro keçidlərində ticarət obyektlərinin fəaliyyətini qadağan edən Z.Hüseynov mətbuata ilk açıqlamasında da struktur dəyişikliyinin olacağını gizlətməyib. O fəaliyyəti dövründə yaxşıya doğru dəyişikliklərin olacağını bildirib.