Vaxt.Az

ABŞ böyük həcmdə vaksin alır


 

3,2 milyard dollarlıq müqavilə imzalanıb

ABŞ böyük həcmdə vaksin alır ABŞ hökuməti “Pfizer-Biontech” alyansından payızda istifadə üçün koronavirus əleyhinə 105 milyon doza vaksin alıb.

3,2 milyard dollarlıq müqaviləyə körpələr, uşaqlar və yaşlılar üçün peyvəndlər daxildir. Yeni vaksinlər koronavirusun müxtəlif ştamları, o cümlədən Omikrona qarşı mübarizə üçün nəzərdə tutulub.

Vaksinlər yayın sonunda ölkəyə gətirilməyə başlanacaq. Təchizat 1 ay müddətində başa çatmalıdır. Bundan savayı, müqaviləyə görə Vaşinqton əlavə 300 milyon doza da sifariş verə bilər. (APA)

 





30.06.2022    çap et  çap et