Əlavə sanksiyalara Rusiya xam nefti və bəzi neft məhsullarına embarqo qoyulması, onların alınması, idxalı, tranziti və daşınması, habelə sığorta da daxil olmaqla əlaqəli xidmətlər daxildir.
Avropa İttifaqında olduğu kimi, İsveçrədə də embarqo mərhələli şəkildə həyata keçiriləcək. Bütün tədbirlər 2023-cü ilin əvvəlində qüvvəyə minəcək.
Bundan əlavə, Federal Şuranın qərarı Rusiya hökumətinə və hüquqi şəxslərə mühasibat uçotu, ictimaiyyətlə əlaqələr və biznes konsaltinq xidmətlərinin göstərilməsinin qadağan edilməsini nəzərdə tutur.
Xatırladaq ki, İsveçrə iyunun 10-da Aİ-nin Rusiyaya qarşı altıncı sanksiyalar paketini dəstəkləməyə qərar verib. Eyni zamanda, ölkə Rusiyanın daha 100 fiziki və hüquqi şəxsinə qarşı sanksiya tətbiq edib. (“Report”)