Vaxt.Az

Qahirədən Tehrana xəbərdarlıq


 

Misir ərazisində İsrail vətəndaşlarına ediləcək istənilən sui-qəsd ...

Qahirədən Tehrana xəbərdarlıq Misir hökuməti bu ölkənin ərazisində İsrail vətəndaşlarına qarşı sui-qəsdlər törədilməsi ilə bağlı İran rejiminə xəbərdarlıq edib.

“Əl-Ərəbi Əl-Cədid” qəzetinin məlumatına görə, Misirin kəşfiyyat rəsmiləri İran rəsmiləri ilə görüşdə bildiriblər ki, Misir ərazisində İsrail vətəndaşlarına ediləcək terror aktları Tehran-Qahirə münasibətlərinə ciddi zərər verəcək.

Qəzetin məlumatlı mənbəyə istinadən yazdığına görə, İran rəsmiləri Misir hökumətini əmin ediblər ki, Tehran hökuməti iki ölkə arasında münasibətləri korlamaq niyyətində deyil.

Qeyd edək ki, bundan öncə İran kəşfiyyatı, əsasən, Türkiyədə müxtəlif agentlər vasitəsilə İsrail vətəndaşlarını hədəf almaq istəyərkən yaxalanıblar. Daha sonra həmin şəxslərin SEPAH-ın Qüds Qüvvələrinin agentləri olduğu üzə çıxıb.

 





30.06.2022    çap et  çap et