Ərdoğan isə diplomatiyanın Ukraynanın taxıl ixracı ilə bağlı məsələlərin həllinə kömək edəcəyinə ümid etdiyini söyləyib.
“Biz balanslaşdırma siyasəti ilə bu prosesi həll etməyə çalışırıq. Ümid edirik ki, bu balanslaşdırma siyasəti işə yarayacaq və bizə imkan verəcək ki, bu dəhliz vasitəsilə hazırda qıtlıq yaşayan ölkələrə taxıl göndərə bilək”.
Ərdoğan qeyd edib ki, “NATO-nun gücləndirilməsi istiqamətində atılan addımlar Rusiya-Ukrayna prosesinə də töhfə verəcək”.
Bayden Ərdoğanı Finlandiya və İsveçin NATO-ya daxil olmasına qarşı çıxmadığına və “Ukraynadan taxıl çıxarmaq üçün gördüyünüz bütün inanılmaz işlərə” görə tərifləyib.
“Əla iş görürsən, mən sadəcə sizə təşəkkür etmək istəyirəm”, – Bayden vurğulayıb.