Vladimir Putin telefon danışığı boyu Makrona yalançı vədlər verir, məsələn deyir ki, təlimlər bitdikdən sonra Ukrayna ilə sərhəddən Rusiya qoşunlarını geri çəkəcək, guya o dialoqda maraqlıdır və s. Ancaq indi artıq bəllidir ki, Putin Makronla telefonla danışdığı gündən əvvəl Ukraynaya qarşı işğala başlayacağına qərar vermişdi. Makron Putinin belə bir qərarı verdiyini əvvəlcədən bilsəydi, Kreml sahibini uzun-uzadı niyə dilə tutmağa çalışıb? Deməli, Makrona ötürülən kəşfiyyat məlumatları yanlış olub. Elə buna görə, Fransa kəşfiyyatının rəhbəri müharibədən sonra vəzifəsindən istefa verib. Fransa prezidenti Putinin müharibə qərarını aylar və ya həftələr öncə verdiyini bilsəydi, fevralın 20-dəki telefon danışığında ona yalvarmaz, əksinə mümkün müharibənin Rusiya və şəxsən Putin üçün ağır nəticələri olacağını diplomatik dildə izah edərdi.