Aİ-nin 27 ölkəsinin ekologiya və ətraf mühit nazirlərinin qatıldığı görüşdə qurumun karbon bazarının islahatına yönəlmiş direktiv layihələr təqdim olunub. 2035-ci ildən sonra avtomobil daxili yanma mühərriklərinin qadağan olunması, iqlim yardım fondunun yaradılması ilə yanaşı, karbon-oksid tullantılarına məhdudiyyətlər aviasiya və gəmiçilik sahələrində də tətbiq ediləcək.
Nazirlər razılaşıblar ki, Aİ kollektiv surətdə atmosferdən 310 milyon ton ekvivalentində CO2 çıxarmalıdır, o cümlədən meşələrin artırılması vasitəsilə.
Habelə, "Tullantı vergisi" həm nəqliyyat, həm də isitmə üçün yanacağın qiymətinə daxil ediləcək. Kasıb əhali və kiçik müəssisələrə qiymət artımını kompensasiya etmək üçün 59 milyard avro büdcəsi olan Sosial İqlim Fondu təsis olunur. Görüş iştirakçıları ekoloji monitorinq və müəssisələrin ekoloji məsuliyyəti tədbirləri, həmçinin sənaye üçün istixana qazı tullantıları üzrə kvotaları razılaşdırıblar.
2030-cu ilədək Aİ atmosferə karbon qazı buraxılmasını 55 faiz azaltmağı, 2050-ci ilədək isə Avropanı tam karbon-neytral zonaya çevirməyi planlaşdırır.
Aİ-nin iqlim siyasəti üzrə vitse-prezidenti Frans Timmermans deyib ki, iqlim böhranı və onun nəticələri aşkardır, odur ki Avropanın ekologiya məsələlərinə yanaşmasında dəyişiklikdə ləngimək olmaz.
Lüksemburq görüşündə təklif olunan tədbirləri iyulun 14-də Avropa Parlamenti təsdiqləməlidir.