Vaxt.Az

Tələbə və əmək bazarı


 

Dünyada və bizdə gənclərlə necə yola gedirlər?

Tələbə və əmək bazarı Dəyərli ziyalımız İlham Axundov yazır: “Bu həftə təhsillə bağlı iki ziddiyyətli mesaj aldıq. Təhsil Nazirliyi: “Azərbaycan ali təhsilinin indiki aşağı səviyyəsinin ən böyük səbəblərindən biri əmək bazarının, sənayenin Azərbaycanda zəif olmasıdır”.

Dövlət İmtahan Mərkəzi: “Azərbaycanda kifayət qədər işaxtaran və boş iş yerləri var. Bu gün ölkədə fəaliyyət göstərən ali təhsil müəssisələrinin məzunlarının az qismi əmək bazarında olan tələbləri ödəyə bilir”.

UNEC rektoru Ədalət Muradov: “Bir ilə yaxındır ki, tələbələrimizdə praktiki bacarıq və vərdişləri gücləndirmək üçün yeni təcrübə modeli üzərində apardığımız işləri bu gün tamamladıq. Əminəm ki, UNEC məzunları əmək bazarının tələblərinə cavab vermək baxımından daha da rəqabətqabiliyyətli olacaqlar. Hazırda ikinci kursu bitirən tələbələr yeni təcrübə modelindən ilk faydalanan olacaqlar.”

Bəs əmək bazarı hansı tələbləri yerinə yetirməlidir ki, gənc mütəxəssislər təşkilatların istəyi ilə işə cəlb olunsunlar. Ölkələrin təcrübəsini sərf-nəzər edək:

 

ABŞ

Bu ölkədə hesab edirlər ki, Böyük kampaniyaların mütəxəssislərə ehtiyacları yarana da onların özləri təhsil müəssisələrinə gəlir və lazım olan kadrların hazırlanması haqqında razılaşırlar. Və bununla da gənclərin işə marağını artırırlar. ABŞ universitetlərinin çoxunda “məktəbdən-əməyə” proqramı fəaliyyət göstərir. Bu proqram çərçivəsində iqtisadiyyatın müxtəlif sahələrində vakant yerlər haqqında baza göstəriciləri formalaşır. Dövlət faktiki olaraq bu işə qarışmır Əgər ona kadr lazımdırsa özü məktəblərə və universitetlərə gedərək dövlət təşkilatlarında işləməyin maraqlı və cəlbedici olmaları haqqında söhbətlər aparırlar.

 

İngiltərə

Bu ölkədə yuxarı siniflərdən peşə məsləhətçiləri çalışırlar. Onlar məktəblilərlə peşəyönümlü seminarlar aparır və müxtəlif sferalarda işlə təmin olunmağın perspektivləri barədə söhbətlər aparırlar. Mütəmadi olaraq onlar məktəblilərin müəssisələrlə tanışlığı üçün ekskursiyalar təşkil edirlər.

 

Yaponiya

Bu ölkədə universitetlərlə işəgötürənlər arasında əlaqələr çoxdan formalaşıb və dəqiqlik xüsusi rol oynayır.  Universitetlərdə karyera mərkəzləri fəaliyyət göstərir və bütün 1-ci kurs tələbələri məcburi olaraq işədüzəlmə haqqında iki illik seminarlar keçirlər. Tələbələr 3-cü kursun əvvəlində saytlarda işədüzəlmə haqqında  xülasələr yerləşdirirlər. Tələbələr firmalara işə düzəlmək üçün müvafiq ərizələr göndərirlər və bunun əsasında işəgötürənlər imtahan və müsahibələr əsasında  seçim aparırlar. Ali məktəblərin nəzdindəki karyera mərkəzlərinin əsas işi tələbələri konkurs mübarizəsinə alışdırmaq və onlarda yaxşı işçi olmaq üçün motivasiyalar yaratmaqdır. Nəticədə tələbələr təhsil aldıqları dövrdən işə düzəlir və ali məktəblər işəgötürənin tələblərinə müvafiq bacarıqları öyrədirlər.

 

Çin 

Bu ölkədə də üstünlük Bazar modelinə verilir.  Əgər 2009-cu ildə bütün ali məktəblər üzrə məzun olanların 86-faizi işə düzəlirdisə, 2019-cu ildə bu rəqəm artaraq 91 faizə çatmışdır.  Ancaq praktikada milyonlarla çin tələbəsi işə düzəlməkdə problemlərlə rastlaşırlar. Məsələ burasındadır ki, işəgötürənlərin təklif etdikləri əməkhaqqı çox yüksəkdir, lakin bacarıqlar işəgötürənləri qane etməyindən problemlər ortaya çıxır. Bunu aradan qaldırmaq üçün tədris proqramlarını daha aktual və çevik etməyi qarşılarına məqsəd qoyublar.

Azərbaycanda əsas problemlərdən biri işəgötürənləri məzunların bacarıqları qane etməməsidir və əmək bazarı özünü təşkilatlandıra bilmir. 

Təhsil nazirliyi isə bu məsələdə seyrçi funksiyasını daşıyır. Nə proqramları və məzmunu yeniləmək, nə də əmək bazarına təsir etmək gücündədir. Ən əsası isə Ali məktəbləri asılı vəziyyətə salmaqdır. İnsafən bu işin öhdəsindən yaxşı gəlirlər.

 





30.06.2022    çap et  çap et