Vaxt.Az

Erməniləri kabusu – Komandolar


 

Onların sayı görünəndən daha çoxdur

Erməniləri kabusu – Komandolar “Müharibənin başa çatmasından sonra Azərbaycan hamının gözlədiyi kimi Silahlı Qüvvələrinin ixtisarına deyil, əksinə Silahlı Qüvvələrini həm şəxsi heyət, həm də texnika və təchizat baxımından inkişaf etdirməyə qərar verdi”. Bu fikirləri hərbi ekspert Ədalət Verdiyev deyib.

O bildirib ki, hazırda ən azı beş Komando Hərbi Hissəmiz fəaliyyət göstərir: “Vətən müharibəsinin təcrübəsindən irəli gələrək Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Koamndanı daha çox Xüsusi Təyinatlı Qüvvələrin tərkibinin genişləndirilməsinə və Komando Briqadalarının yaradılmasına üstünlük verdi. Bu, həm də bizim Türk ordu modelinə keçidimiz istiqamətində atdığımız addımların bir hissəsi də hesab oluna bilər.

Bildiyiniz kimi hazırda Azərbaycanda iki Komando hərbi hissəsinin açılışını Ali Baş Komandan İlham Əliyev həyata keçirib. Onlardan biri Qarabağda (Hadrutda), digəri isə Şərqi Zəngəzurda Ermənistanla sərhəddə yerləşir. Digər iki Komando Hərbi Hissəsinin açılışını isə Müdafiə naziri həyata keçirib. Bir Komando Hərbi Hissəsinin açılışını isə biz rəsmən müşahidə etməmişik, amma onun şimal istiqamətində yerləşdiyi də məlumdur.

Görünən odur ki, Azərbaycan yaxın gələcəkdə də Komando Hissələrinin sayını daha da artırmaqda maraqlıdır. Hazırda bizim ən azı beş Komando Hərbi Hissəmiz artıq fəaliyyət göstərirsə, onların sayının yaxın perspektivdə iki dəfə də artırılacağını gözləyirik.

Bu hərbi hissələr Qarabağın azad olunan ərazilərində elə bir şəkildə yerləşdirilib ki, həm rusların müvəqqəti nəzarətində olan ərazilərdə, həm də Azərbaycanla Ermənistan sərhədində baş verə biləcək düşmən təxribatlarına minimal reaksiya müddətini təmin edə bilsin.

Bu baxımdan yaradılan yeni Komando Hərbi Hissələri Ordumuzun gücünə əlavə güc qatır və bu proseslər gələcəkdə də davam edəcək. Nəticə etibarı ilə yaradılan Quru Qoşunları əlavə Ordu Korpusu və yeni Komando Hərbi Hissələri, o cümlədən XTQ-nin tərkibinin genişləndirilməsi Azərbaycan ilə Ermənistan arasındakı qüvvələr nisbətini Azərbaycanın xeyrinə bir neçə dəfə dəyişib.

Belə olan halda yaxın perspektivdə Ermənistanın Azərbaycana qarşı geniş miqyaslı hansısa hərbi əməliyyatlar və ya tədbirlər keçirilməsi imkanı da düşmən ölkə üçün sıfıra bərabərləşib”. (Milli.Az)

 





30.06.2022    çap et  çap et