Vaxt.Az

Neft emalı zavoduna kiber-hücum


 

Son 1 həftədə İranın böyük müəssisələri normal fəaliyyət göstərmir

Neft emalı zavoduna kiber-hücum İranın Buşehr əyalətinin Osləviyyə şəhərində yerləşən “Cənubi Pars kompleksi”nin neft emalı zavodunun dördüncü istehsal bölməsinə kiber-hücum edilib.

Verilən məlumata görə, kiber-hücumdan sonra Osləviyyədəki  “Cənubi Pars kompleksi”nin dördüncü neft emalı zavodunun elektronika və telekommunikasiya departamentlərinin bütün şəxsi heyəti hazır vəziyyətə gətirilib.

Kiber-hücum nəticəsində neft emalı zavodunun adı çəkilən bölməsinin fəaliyyətinin iflic olduğu və işlərin dayandırıldığı bildirilir.

Bundan öncə iyunun 27-i səhər saatlarında “Yırtıcı sərçə” adlı haker qrupunun hücumundan sonra Xuzistanın polad zavodu və İsfahanın “Mübarəkə” polad zavodu texniki problemlərə görə fəaliyyətlərini dayandırdığını bildirib və zavodun veb saytına giriş mümkün deyil.

Qeyd edək ki, İsrailin baş naziri Naftali Bennet iyunun 28-də kiber-hücumlarla bağlı İrana xəbərdarlıq edib və bu ölkənin buna görə bədəl ödəyəcəyini deyib.

O, İranın əhəmiyyətli iqtisadi müəssisələrinə geniş kiber hücumlardan bir gün sonra bildirib ki, əgər İran İsraillə kiber müharibəyə daxil olsa, bunun ağır nəticələrinə dözməli olacaq.

 





30.06.2022    çap et  çap et