İran Səhiyyə Nazirliyi iyunun 30-a olan statistikanı açıqlayaraq sutka ərzində daha 529 nəfərin COVİD-19-a yoluxduğunu bildirib.Məlumatda yoluxanlardan 93 nəfərin xəstəxanalara yerləşdirildiyi, bununlada bu günə kimi koronovirusa yoluxanların sayının 7 milyon 238 min 126 nəfərə çatdığı qeyd olunub.
Səhiyyə Nazirliyi son sutkada COVİD-19 xəstələrindən 3-nün öldüyünü və bu günə kimi virusdan ölənlərin sayının 141 min 389 nəfərə yüksəldiyini bildirib.
Qeyd edək ki, bir müddət öncə İranda koronovirusun yeni dalğasının başlanması barədə xəbərdarlıq edilmişdi.
çap et