Vaxt.Az

Britaniyadan Azərbaycana dəstək


 

Minaların təmizlənməsi üçün 500 min funt sterlinq ayrılıb

Britaniyadan Azərbaycana dəstək Böyük Britaniya işğaldan azad olunan ərazilərinin minalardan təmizlənməsi fəaliyyətini dəstəkləmək üçün Azərbaycana 500.000 funt sterlinq ayırıb. Bu barədə Böyük Britaniyanın Azərbaycandakı Səfirliyi məlumat yayıb.

“Böyük Britaniya regionu insanlar üçün təhlükəsiz yerə çevirmək və regionda sabitlik üçün çalışır. Böyük Britaniya bölgədə minatəmizləmə fəaliyyətini dəstəkləmək üçün əlavə 500.000 funt sterlinq ayırıb”, - məlumatda deyilir.

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp da bununla bağlı özünün “Twitter” səhifəsində paylaşım edib.

Paylaşımda deyilir: “Biz bir yerdə regionda sülh üçün çalışmağa davam edirik. Britaniya Xarici İşlər Nazirliyi regionda minatəmizləmə fəaliyyəti üçün əlavə £500,000 ayrıldığını elan etdi. İnanıram ki, bu vəsait ANAMA-ya mülki əhali arasında riskləri azaltmağa və insanlara öz həyatlarını yenidən qurmağa imkan verəcək”. (Trend)

 





30.06.2022    çap et  çap et