Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə atılan raketlərin İran istehsalı olduğunu bildirərək, Vaşinqtonun bu hücumları pislədiyini bildirib.
“İranın regionda öz proksi qruplarına raket texnologiyalarını yaymaq və ötürmək fəaliyyətinə son qoyulmalıdır”, – deyə, Amerika nümayəndəsi qeyd edib.
Bununla yanaşı Mills Amerikanın sazişi yalnız İranın nüvə razılaşması çərçivəsindən kənar olan əlavə tələblərindən imtina edəcəyi təqdirdə yekunlaşdıra və həyata keçirə biləcəyini söyləyib.
Bununla yanaşı Böyük Britaniyanın BMT-nin Təhlükəsizlik Şurasındakı nümayəndəsi Barbara Vud Uord amerikalı həmkarının fikirlərini dəstəkləyərək İranın nüvə proqramının heç vaxt indiki qədər inkişaf etmədiyini deyib.
“İranın nüvə fəaliyyətləri beynəlxalq sülh və təhlükəsizliyə təhdiddir və İran qabaqcıl sentrifuqaların quraşdırılması hesabına zənginləşdirmə qabiliyyətini artırıb.
İran Beynəlxalq Atom Enerjisi Agentliyinin 27 müşahidə kamerasını sıradan çıxarıb və Tehran hökuməti 2231 saylı qətnamənin “B” Əlavəsini pozaraq ballistik raketlər yaratmaqda davam edir”, – deyə Böyük Britaniyanın nümayəndəsi bildirib.
Qeyd edək ki, İran nüvə danışıqlarının davam etdirilməsi və razılığın əldə olunması üçün İnqilab keşikçiləri Korpusunun adının terrorçu qruplar siyahısından çıxarılması şərtini irəli sürüb.
Bu, Amerikanın bir çox siyasətçiləri, bəzi ölkələrin rəsmiləri və bir sıra iranlı siyasi və mədəni fəallar tərəfindən kəskin reaksiyalarla qarşılanıb.