Rusiyanın işğal etdiyi Ukrayna torpaqlarında möhkəmlənə bilmədiyi bir zamanda ABŞ-ın 50 ölkə ilə birlikdə Ukraynaya çox böyük hərbi yardım göstərməyə başlaması vəziyyətin tezliklə kəskin şəkildə dəyişəcəyi qənaətini yaradır. Fikrimcə avqust ayının sonu, sentyabr ayının əvvəllərində Ukrayna ordusunun güclü əks-hücumları başlayacaq.
ABŞ Rusiyanı Avropa enerji bazarlarından çıxarmağa başlayıb. İyun ayının göstəricilərinə görə ABŞ tarixdə ilk dəfə olaraq Avropaya qaz ixracında Rusiyanı üstələyib. Aydın görünür ki, Bayden Rusiyanın belini qırmaq üçün müəyyən etdiyi strategiyanı mərhələ-mərhələ, addım-addım həyata keçirməkdədir.
Bütün bunlar Rusiyanın postsovet məkanındakı casus şəbəkəsini qorxuya salıb. Gürcüstanda iqtidarını itirməkdə olan “Gürcü arzusu” hökuməti “Evimizə, Avropaya” Vətəndaş Hərəkatının fəallarına hücumlar təşkil edir. Azərbaycanda da Rusiyanın regional və etnik prinsiplər üzərindən formalaşdırdığı casus şəbəkəsinin qorxuya düşdüyü müşahidə edilməkdədir.